Türkiyədə terrorçu PKK-nı maliyyələşdirməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Türkiyədə terrorçu PKK-nı maliyyələşdirməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb Əməliyyat İstanbulun 22 rayonunda 36 ünvanda keçirilib
Region
21 Yanvar , 2016 10:58
Türkiyədə terrorçu PKK-nı maliyyələşdirməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Bakı. 21 yanvar. REPORT.AZ/ İstanbulda keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK-ya maliyyə dəstəyi göstərməkdə şübhəli bilinən 20-dən çox şəxs tutulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat İstanbulun 22 rayonunda 36 ünvanda keçirilib.

Saxlanılan şübhəlilər qumar oyunlarını təşkil edənlərdən, narkotik maddələrin qanunsuz ticarəti, insan alveri, qaçaqmal ticarəti ilə məşğul olanlardan və başqa bu sayaq əməllər törədənlərdən pul toplayaraq, onu terrorçu PKK-ya ötürüblər. 

Son xəbərlər

Orphus sistemi