Bakı. 9 fevral. REPORT.AZ/ Türkiyədə terrorçu PKK qruplaşması ilə əlaqədə şübhəli bilinən 58 nəfər həbs edilib.
“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, terrorçularla əlaqədə şübhəli bilinən 75 nəfərin tutluması istiqamətində 74 üvanda eyni zamanda əməliyyat keçirilib. Onların 58-i həbs edilib. Şübhəlilər Türkiyədə yaxın günlərdə bombalı, silahlı, molotovkokteylli terror aktları keçirməyi planlaşdırıblar.
Məlumatda bildirilib ki, axtarış-əməliyyat tədbirləri nəticəsində onların yaşadığı evlərdən tapança, tüfəng, narkotik maddə, güllə, fişəng, benzin, terrorçu qruplaşmaya aid çoxlu sayda kitab, jurnal, qəzet, sənəd, rəqəmsal avadanlıq aşkar edilərək götürülüb.