Türkiyədə Yeni il axşamı terror aktı törətməyə cəhd edən şəxslər saxlanılıb

Türkiyədə Yeni il axşamı terror aktı törətməyə cəhd edən şəxslər saxlanılıb Bakı. 2 yanvar. REPORT.AZ/ Türkiyədə Yeni il bayramı münasibətilə keçirilən tədbirlərdə partlayış törətmək istəyən şəxslər saxlanılıb.
Region
2 Yanvar , 2019 15:58
Türkiyədə Yeni il axşamı terror aktı törətməyə cəhd edən şəxslər saxlanılıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Türkiyədə Yeni il bayramı münasibətilə keçirilən tədbirlərdə partlayış törətmək istəyən şəxslər saxlanılıb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, İŞİD üzvü olan terrorçular ölkənin Kayseri rayonunda tutulublar.

Kayseri rayon Polis idarəsindən bildirilib ki, terrorçular rayona Fransadan gəliblər və məqsədləri Yeni il axşamı terror aktı törətmək olub. Saxlanılan şəxslərdən birinin Murad Y, digərinin isə onunla birlikdə yaşayan Mərakeş vətəndaşı Nadia Y. olduğu açıqlanıb. 

Polis onların yaşadıqları ünvanda axtarış aparıb, müxtəlif sənədlər götürüb.

Son xəbərlər

Orphus sistemi