Türkiyədə terror aktı törədilib, 2 hərbçi şəhid olub, biri yaralanıb

Türkiyədə terror aktı törədilib, 2 hərbçi şəhid olub, biri yaralanıb Hakkarinin Ağacdibi kəndində 1 PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub
Region
3 Oktyabr , 2016 12:20
Türkiyədə terror aktı törədilib, 2 hərbçi şəhid olub, biri yaralanıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunun Dağlıca bölgəsində hərbçilərin keçdiyi yola terrorçu PKK qruplaşmasının döşədiyi minanın partlaması nəticəsində 2 hərbçi şəhid olub, biri yaralanıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, terror aktı oktyabrın 3-də səhər saatlarında Kamışlı kəndi ərazisində törədilib.

Məlumata görə, yaralı hərbçi xəstəxanaya yerləşdirilib. Hakkarinin Ağacdibi kəndində 1 PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub. 

Bölgədə terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlayıb.

Son xəbərlər

Orphus sistemi