Türkiyədə təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

Türkiyədə təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb Polis hadisənin başvermə səbəbini araşdırır
Region
1 İyul , 2016 23:38
Türkiyədə təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

Bakı. 1 iyul. REPORT.AZ/ Türkiyədə təlim-məşq təyyarəsi qəzaya uğrayıb. "Report" xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb. 

Təyyarə qəzası Balıkəsir vilayətinin Ayvalık rayonunda baş verib. Həlak olanların hadisə vaxtı təyyarənin bortunda olan təlimatçı və tələbə olduğu bildirilir. 

Polis qəzanın başvermə səbəblərini araşdırır. 

Son xəbərlər

Orphus sistemi