Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var Türkiyədə ağır yol qəzası baş verib.
Region
22 May , 2022 13:10
Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, qəza zamanı 2 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı 3 nəfərə çatıb.

Hadisə zamanı habelə 41 nəfər xəsarət alıb. Onlardan 5-nin vəziyyəti ağırdır.

Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib qəzada ölənlərə rəhmət, ailələrinə səbir diləyib.

Hadisə ilə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

08:03

Türkiyədə ağır yol qəzası baş verib.

“Report”un “Haber Global”a istinadən məlumatına görə, hadisə Niğde əyalətində, yerli vaxtla saat 4 radələrində qeydə alınıb.

Konya Səlcuq Universitetinin tələbələrini daşıyan avtobus Güney rayonu yaxınlığında aşıb. Hadisə zamanı tələbələrdən ikisi həyatını itirib, daha 42 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, polis cəlb edilib. Yaralılar Niğde və Ulukışla xəstəxanalarına aparılıb. Onlardan 5-nin vəziyyəti ağırdır.

Qəzanın başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi