Türkiyədə tanınmış iş adamının içərisində olduğu helikopter qəzaya uğrayıb, yaralılar var

Türkiyədə tanınmış iş adamının içərisində olduğu helikopter qəzaya uğrayıb, yaralılar var Bakı. 6 sentyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində helikopter qəzaya uğrayıb.
Region
6 Sentyabr , 2018 19:37
Türkiyədə tanınmış iş adamının içərisində olduğu helikopter qəzaya uğrayıb, yaralılar var

Bakı. 6 sentyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində helikopter qəzaya uğrayıb. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə nəticəsində OTOKAR-ın İdarə Heyətinin üzvü Halil İbrahim Ünver və pilot İsmet Özgür müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 

Məlumata görə, helikopter Halil İbrahim Ünverə məxsus "Ünver Havacılık" şirkətində qeydiyyatdadır və Kartaldan Sefaköyə uçurmuş. 

Helikopterin ildırım vurması nəticəsində qəzaya uğradığı iddia edilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi