​Türkiyədə sorğunun nəticələri hakim partiyanın xeyrinədir

​Türkiyədə sorğunun nəticələri hakim partiyanın xeyrinədir Başqa partiyalara səs verəcək seçicilərin sayı azalıb
Region
7 Oktyabr , 2015 11:55
​Türkiyədə sorğunun nəticələri hakim partiyanın xeyrinədir

Bakı. 7 oktyabr. REPORT.AZ/ Noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçiriləcək seçkidə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) səs verəcək seçicilərin sayı 1,7 faiz artıb.

"Report" xəbər verir ki, bu, "ANDY-AR" Sosial Araşdırma Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticəsində öz əksini tapıb.

Məlumata görə, mərkəzin keçirdiyi "Noyabrın 1-də hansı partiyaya səs verəcəksiniz" sualını cavablandıran rəyi soruşulanların 42,6 faizi AKP-yə (iyunun 7-dəki seçkidə ona 40,9 faiz səs verilmişdi), 27,1 faizi Cümhuriyyət Xalq Partiyasına (CHP) (iyunun 7-də 25 faiz), 15,2 faizi Milliyyətçi Hərəkat Partiyasına (iyunun 7-də 16,3 faiz ), 12,1 faiz Xalqların Demokratik Partiyasına (iyunun 7-də 13,1 faiz) səs verəcəklərini bildiriblər.

İyunun 7-də keçirilən seçkidə başqa partiyaya səs verənlərin sayı 4,7 faiz olmuşdusa, "ANDY-AR"ın sorğusunun nəticəsinə əsasən, onların sayı 3 faiz olub. 

Son xəbərlər

Orphus sistemi