Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyə hökuməti Səudiyyə Ərəbistanı kralı Abdullahın ölümü ilə əlaqədar olaraq 24 yanvar tarixini ölkədə milli matəm günü elan edib.
"Report" "Today's Zaman"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.
Məlumata görə, ölkə ərazisində və xarici dövlətlərdəki nümayəndəliklərdə bayraqlar endiriləcək.
Qeyd edək ki, kral adsız qəbiristanlıqda basdırılıb. Ölkənin özündə matəm elan olunmayıb və bayraqlar da endirilməyəcək.