Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 8 ölü, 32 yaralı var

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 8 ölü, 32 yaralı var Ankara valisi yaralılardan 11 nəfərinin vəziyyətinin ağır olduğunu açıqlayıb
Region
27 may 2017 06:05
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 8 ölü, 32 yaralı var

Bakı. 27 may. REPORT.AZ/ Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb. 

"Report"un "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 8 nəfər ölüb, 32 nəfər yaralanıb.

Ankara valisi Erkan Topaca yaralılardan 11 nəfərinin vəziyyətinin ağır olduğunu açıqlayıb. 

Avtobus Kastamonu vilayətindən Ankaraya hərəkət edirmiş və Kalecik rayonu ərazisində, Çankırı-Çandır yolayrıcında aşıb.

Qəzaya sürücünün sükan araxasında yuxulamasının səbəb olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi