Türkiyədə sərhədi keçmək istəyən 113 əfqan miqrant saxlanılıb

Türkiyədə sərhədi keçmək istəyən 113 əfqan miqrant saxlanılıb Türkiyənin Van şəhərinin Çaldıran rayonunda sərhədi piyada keçmək istəyən 113 əfqan mühacir saxlanılıb.
Region
2 Sentyabr , 2021 21:47
Türkiyədə sərhədi keçmək istəyən 113 əfqan miqrant saxlanılıb
0 : 00
0 : 00

Türkiyənin Van şəhərinin Çaldıran rayonunda sərhədi piyada keçmək istəyən 113 qanunsuz əfqan miqrant saxlanılıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Van valiliyi məlumat yayıb.

Avropa liderləri son günlər miqrasiyanın yenidən baş qaldıracağı ilə bağlı narahatlıqlarını bildirib. İran dəfələrlə sərhəd keçidlərini bağlayıb və qaçqın düşərgələrinin ölkə daxilində olmasının vacibliyini vurğulayıb. Türkiyə İranla sərhəddə divar inşa etsə də, bir çox əfqan qanunsuz yolla ölkəyə daxil olmağı bacarıb. Bu miqrantlar ölkənin şərqindəki Van şəhərində saxlanılır.

Son xəbərlər

Orphus sistemi