Türkiyənin Rizə əyalətində leysan yağışlardan sonra yaranan sel nəticəsində ölənlərin sayı 7-yə yüksəlib, itkin düşənlərin sayı isə 1 nəfərdir.
“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.
Bildirilib ki, təbii fəlakət bölgəsində sel 87 evə və 20 iş yerinə maddi ziyan vurub. 72 kəndə yollar bağlanıb. 103 nəfər isə təxliyə edilib.
11:03
Türkiyənin Rizə əyalətində leysan yağışlardan sonra yaranan sel nəticəsində 2 nəfər ölüb, 6 nəfər itkin düşüb.
“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Rizə bələdiyyəsinin sədri Rahmi Metin tvitter səhifəsində bildirib.
Məlumata görə, ölənlər yerli sakinlərdir.
Sel nəticəsində Rizənin Ardeşen rayonunda dərələr daşıb, Armağan kəndində yollar bağlanıb.