Türkiyədə sel nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB

Türkiyədə sel nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB Türkiyənin Bursa əyalətinin Kestel rayonunda sel və daşqınlar nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Region
22 İyun , 2020 11:47
Türkiyədə sel nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB

Türkiyənin Bursa əyalətinin Kestel rayonunda sel və daşqınlar nəticəsində ölənlərin sayı 5-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə “CNNTurk” məlumat yayıb.

İtkin düşən bir nəfərin axtarışları davam etdirilir. 


*** 02:26

Türkiyənin Bursa vilayətində güclü yağışlar fəsadlarla nəticələnən sel və daşqınlara səbəb olub. Nəticədə iki nəfər ölüb, dörd nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, vilayətin Kestel rayonuna bağlı Dudaklı, Narlıdərə, Aksu və Kayacık məhəllələrini sel basıb. 

"Təbi fəlakətin fəsadlarının aradan qaldırılması üçün tədbirlərə başlanılıb. İtkin düşən şəxslərin axtarışları aparılır".

Qeyd edək ki, artıq Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bölgəyə gəlib.

Son xəbərlər

Orphus sistemi