Türkiyədə sel fəlakətində ölənlərin sayı 44-ə çatıb

Türkiyədə sel fəlakətində ölənlərin sayı 44-ə çatıb Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 40-a yüksəlib.
Region
14 Avqust , 2021 14:37
Türkiyədə sel fəlakətində ölənlərin sayı 44-ə çatıb

Türkiyədə sel nəticəsində həyatını itirənlərin sayı 44-ə çatıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

13:03

Türkiyədə sel nəticəsində ölənlərin sayı 41-ə çatıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, axtarışlar nəticəsində Bartında itkin düşmüş qadının cəsədi tapılıb.

Bununla da həyatını itirənlərin sayı 41-ə yüksəlib.

09:59

Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 40-a yüksəlib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Kastamonu şəhərində 34, Sinopda isə 6 nəfər həyatını itirib.

Hazırda itkin düşən 1 nəfərin axtarışları gedir. 9 nəfərin müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, Türkiyənin Qara dəniz sahillərində yerləşən Kastamonu, Bartın və Sinop şəhərlərində leysan yağışları nəticəsində sel fəlakəti yaşanıb. Genişmiqyaslı dağıntılar baş verib, şəhərlərə böyük ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi