Türkiyədə seçki günü partlayış törətməyi planlaşdıran İŞİD terrorçuları saxlanılıblar

Türkiyədə seçki günü partlayış törətməyi planlaşdıran İŞİD terrorçuları saxlanılıblar Bakı. 22 iyun. REPORT.AZ/ Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri günü ölkədə terror aktı törətməyi planlaşdıran terrorçu İŞİD qruplaşmasının 14 üzvü saxlanılıb.
Region
22 İyun , 2018 09:54
Türkiyədə seçki günü partlayış törətməyi planlaşdıran İŞİD terrorçuları saxlanılıblar
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri günü ölkədə terror aktı törətməyi planlaşdıran terrorçu İŞİD qruplaşmasının 14 üzvü saxlanılıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, Ankara Polis İdarəsinin Terrora qarşı Mübarizə Şöbəsi antiterror əməliyyatı keçirib.

Əməliyyat eyni vaxtda əvvəlcədən müəyyən edilmiş ünvanlarda gerçəkləşdirilib.

Terrorçuların yaşadıqları evlərdə aparılan axtarış zamanı İŞİD-ə aid çox sayda siyasi-ideoloji material aşkarlanıb.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi