Türkiyədə rus turistləri daşıyan avtobus qəzaya uğrayıb, 22 nəfər xəsarət alıb

Türkiyədə rus turistləri daşıyan avtobus qəzaya uğrayıb, 22 nəfər xəsarət alıb Türkiyədə rus turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Region
22 Sentyabr , 2019 00:48
Türkiyədə rus turistləri daşıyan avtobus qəzaya uğrayıb, 22 nəfər xəsarət alıb

Türkiyədə rus turistləri daşıyan avtobus qəzaya uğrayıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Antalyada qeydə alınıb.

Hava limanı yolunda baş vermiş hadisə nəticəsində 22 nəfər xəsarət alıb. Onlardan 15-i xəstəxanaya yerləşdirilib. Yaralılar arasında yetkinlik yaşına çatmayan 2 nəfər də var.

Qeyd edilir ki, qəzada xəsarət almış 7 nəfər tibbi yardımdan imtina edib və onlar artıq Rusiyaya yola düşüblər.

Hadisənin başvermə səbəbi polis tərəfindən araşdırılır. 

Son xəbərlər

Orphus sistemi