Türkiyədə referendumun keçirilməsinə ayırılan maliyyə vəsaitinin məbləği açıqlanıb

Türkiyədə referendumun keçirilməsinə ayırılan maliyyə vəsaitinin məbləği açıqlanıb Bu il aprelin əvvəlində Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsi nəzərdə tutulub
Region
3 Fevral , 2017 12:53
Türkiyədə referendumun keçirilməsinə ayırılan maliyyə vəsaitinin məbləği açıqlanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinə 190 milyon lirə (təxminən 97 milyon 90 min manat, yaxud 50 milyon 804 min dollar) məbləğində maliyyə vəsaiti xərclənəcək.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin maliyyə naziri Naci Ağbal bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsindən seçkilər üçün xərclərdən 190 milyon lirə ayrılıb.

Qeyd edək ki, bu il aprelin əvvəlində Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi