Türkiyədə qohumlar arasında atışma olub, 4 nəfər ölüb

Türkiyədə qohumlar arasında atışma olub, 4 nəfər ölüb Türkiyənin Trabzon əyalətinin Hayrat rayonunda düşmən qohumlar arasında baş verən atışma nəticəsində 4 nəfər ölüb.
Region
29 iyul 2021 12:49
Türkiyədə qohumlar arasında atışma olub, 4 nəfər ölüb
0 : 00
0 : 00

Türkiyənin Trabzon əyalətinin Hayrat rayonunda düşmən qohumlar arasında baş verən atışma nəticəsində 4 nəfər ölüb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, hadisə iyulun 29-da günorta saatlarında rayonun Güldərən məhəlləsində qeydə alınıb.

Bildirilib ki, 8 il əvvəl yaşanan bir hadisə zamanı Bektaş ailəsinə mənsub iki qrup arasında mübahisə yaranıb. Bu, qısa müddət ərzində davaya çevrilib. Tərəflər bir-birinə silah çəkərək atəş açıblar.

Məlumata görə, polis əməkdaşları hadisə yerindən qaçan Abdi və İshak Bektaşın tutulması üçün əməliyyata başlayıb.

Son xəbərlər

Orphus sistemi