Türkiyənin Van-Bağçasaray magistral yolunda mikroavtobusla qar uçqununa düşənlərin 7-i xilas edilib.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, onlara tibbi yardım göstərilib.
Məlumata görə, qar uçqununa düşən mikroavtobusun sərnişinlərinin xilas edilməsi əməliyyatı zamanı daha 5 nəfərin meyiti tapılıb.
Xilasetmə işləri davam etdirilir.