Türkiyədə qar uçqununda ölənlər və yaralananların sayı artdı - YENİLƏNİB-2

Türkiyədə qar uçqununda ölənlər və yaralananların sayı artdı - YENİLƏNİB-2 Türkiyədə Van bölgəsində baş vermiş qar uçqunu nəticəsində ölənlərin sayı artıb.
Region
6 Fevral , 2020 16:06
Türkiyədə qar uçqununda ölənlər və yaralananların sayı artdı - YENİLƏNİB-2

Türkiyədə Van bölgəsində baş vermiş qar uçqunu nəticəsində ölənlərin sayı artıb. 

“Report” NTV-yə istinadən xəbər verir ki, ölənlərin sayı 41 nəfərə çatıb, daha 84 nəfər isə yaralanıb.


*** 12:54

Türkiyənin Van bölgəsində qar uçqunu nəticəsində ölənlərin sayı 39-a çatıb.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Türkiye” yayıb.


*** 11:35

Türkiyənin Van bölgəsində baş vermiş qar uçqunu nəticəsində qarın altında qalan insanların axtarış-xilasetmə işləri yenidən başlayıb. 

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, qar altında hələ də 2 və ya 3 nəfərin qaldığı güman edilir.

Qeyd edək ki, fevralın 4-də Türkiyənin Van bölgəsində qar uçqunu olub və içində sərnişinlər olan mikroavtobus qar altında qalıb. Ərazidə xilasetmə işləri aparılan zaman fevralın 5-də ikinci uçqun olub. Nəticədə 38 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi