Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb

Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.
Region
28 May , 2023 18:00
Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb

Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.

“Report” xəbər verir ki, yerli vaxtla saat 17:00-da bütün seçki məntəqələrində səsvermə yekunlaşıb və məntəqələr bağlanıb.

Hazırda səslərin sayılmasına başlanılır.

İlkin nəticələrin bir qədər sonra açıqlanacağı gözlənilir.

Qeyd edək ki, səsvermə yerli vaxtla səhər saat 08:00-da başlamışdı.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.

Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.

Son xəbərlər

Orphus sistemi