Türkiyədə polis rəisi güllələnərək öldürülüb, 2 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə polis rəisi güllələnərək öldürülüb, 2 nəfər yaralanıb - YENİLƏNİB Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyənin Rize şəhər Polis idarəsinin rəisi Altuğ Verdinin qətlə yetirilməsinin səbəbi məlum olub.
Region
11 Dekabr , 2018 17:32
Türkiyədə polis rəisi güllələnərək öldürülüb, 2 nəfər yaralanıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyənin Rize şəhər Polis idarəsinin rəisi Altuğ Verdinin qətlə yetirilməsinin səbəbi məlum olub.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisəyə səbəb təyinatdır. 

Belə ki, Derepazar rayon Polis şöbəsinin məmuru İ.S. polis rəisi Altuğ Verdi ilə görüşmək üçün əyalət mərkəzinə gedib. O, görüşə girərkən xidməti silahı və mobil telefonunu təhlükəsizlik xidmətinə təhvil verib. Onlar görüşdükdən sonra polis məmuru oradan aralanıb. Telefonu və silahını geri aldıqdan sonra qaça-qaça Altuğ Verdinin kabinetinə girərək rəisini, şəxsi heyət komandiri Ercan Polatı və mühafizə xidmətinin əməkdaşı Yigit Can Köksalı güllələyərək yaralayıb. Yaralılar xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, polis rəisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin yaxşı olduğu bildirilir.


*** 17:14

Türkiyənin Rize şəhər Polis idarəsinin rəisi Altuğ Verdi polis məmurunun açdığı atəş nəticəsində ölüb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, polis məmurunun açdığı atəş nəticəsində rəisin iki cangüdəni də yaralanıb. 

Nazir deyib ki, polis əməkdaşlarından faktla bağlı ifadə alınır. Hadisənin başvermə səbəbi araşdırılır.

Hadisəni törətməkdə şübhəli bilinən polis əməkdaşı tutulub.  

Son xəbərlər

Orphus sistemi