Türkiyədə avtomobildə partlayış olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

Türkiyədə avtomobildə partlayış olub, ölənlər və yaralananlar var - YENİLƏNİB Hatayda avtomobildəki bombanın partlaması nəticəsində 3 suriyalı ölüb.
Region
147
5 İyul , 2019 15:25
Türkiyədə avtomobildə partlayış olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

"Hatayda avtomobildəki bombanın partlaması nəticəsində 3 suriyalı ölüb". 

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

“Hadisə ilə bağlı araşdırma aparılır. Bunun arxasında nə var, nə yox araşdırılır. Nəticəsinin qısa vaxt ərzində məlum olacağını zənn edirəm. İndi edilən təsbitlərə əsasən, partlayışın terrorla əlaqəsi olduğu ehtimal edilir. Bir neçə saat ərzində uyğun nazirliyimiz hadisənin detallarını açıqlaycaq”, - deyə o vurğulayıb.


*** 14:49

Türkiyənin Hatay əyalətinin Reyhanlı rayonunda avtomobildə baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. 

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Hatay əyalətinin valisi Rahmi Doğan bildirib.

Onun sözlərinə görə, hadisənin səbəbi hələlik məlum deyil. 

Partlayış yerli icra hakimiyyəti binasının yaxınlığında baş verib. 

Bildirilib ki, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb edilib.

Son xəbərlər

Orphus sistemi