​Türkiyədə parlament seçkisi başlayıb

​Türkiyədə parlament seçkisi başlayıb 54 milyon seçici 175 min seçki məntəqəsində səs verəcək
Region
1 Noyabr , 2015 09:23
​Türkiyədə parlament seçkisi başlayıb

Bakı. 1 noyabr. REPORT.AZ/  Türkiyədə parlament seçkisi keçirilir.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, 26-cı çağırış Böyük Millət Məclisinə seçkilərdə 16 partiya iştirak edir. Bu il iyunun 7-də keçirilən seçkidə isə 20 siyasi partiya iştirak etmişdi.

Xatırladaq ki, səsvermə ölkənin 32 vilayətində yerli vaxtla saat 7.00-dan 16-dək, 49 əyalətdə isə saat 8.00-dan 16.00-dək keçiriləcək. 54 milyon seçici 175 min seçki məntəqəsində 550 deputatı seçmək üçün səs verəcək. 

Türkiyə Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 54 xarici ölkədəki 113 diplomatik nümayəndəliyində səsvermə artıq keçirilib. Səsvermə bülletenlərinin ölkəyə daşınması başa çatmaq üzrədir. İstifadə olunan bütün bülletenlər noyabrın 1-də səsvermə başa çatandan sonra bir yerdə sayılacaq.

Son xəbərlər

Orphus sistemi