Türkiyədə pandemiya qurbanlarının sayı 5 440 nəfərə çatdı   

Türkiyədə pandemiya qurbanlarının sayı 5 440 nəfərə çatdı    Türkiyədə son sutka daha 21 nəfər koronavirusdan ölüb.
Region
16 İyul , 2020 21:45
Türkiyədə pandemiya qurbanlarının sayı 5 440 nəfərə çatdı   
0 : 00
0 : 00

Türkiyədə son sutkada daha 21 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 440 nəfərə çatıb.   

Fahrettin Kocanın sözlərinə görə, bu gün COVID-19-a 933 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirus xəstələrinin ümumi sayı 216 873 nəfərə çatıb.

Məlumata görə, bu gün 1 087 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Pandemiya ərzində Türkiyədə koronavirusdan sağalanların sayı 198 820 nəfərdir.

Son xəbərlər

Orphus sistemi