Türkiyədə onlarla qanunsuz miqrant aşkarlanıb

Türkiyədə onlarla qanunsuz miqrant aşkarlanıb Türkiyədə onlarla qanunsuz miqrant aşkarlanıb.
Region
28 Oktyabr , 2019 07:51
Türkiyədə onlarla qanunsuz miqrant aşkarlanıb

Türkiyədə onlarla qanunsuz miqrant aşkarlanıb.

Bu barədə "Report" "Habertürk"ə istinadən xəbər verir.

Qeyd edilir ki, miqrantların olduğu yük avtomobili jandarm qüvvələri tərəfindən Balıkəsir əyalətinin Ayvalıq rayonunda aşkarlanıb. Miqrantların olduğu yük avtomobilinin sürücüsü jandarm qüvvələrinin "saxla" göstərişinə tabe olmayıb. Lakin buna baxmayaraq jandarm qüvvələri avtomobili saxlamağa müvəffəq olublar. Yoxlama zamanı avtomobildə 49 qanunsuz miqrant aşkarlanıb. Onların Əfqanıstan vətəndaşı olduqları bildirilir.

Avtomobilin sürücüsü saxlanılıb.  

Son xəbərlər

Orphus sistemi