Bakı. 23 avqust. REPORT.AZ/ Türkiyədə növbəti terror aktı baş verib.
"Report" NTV telekanalına istinadən xəbər verir ki, Diyarbəkir vilayətində su elektrik stansiyanın tikintisinin təhlükəsizliyini qoruyan hərbçilər PKK terrorçuları hücumuna məruz qalıblar. Qulp kəndi yaxınlığında baş verən insident nəticəsində 1 əsgər şəhid olub, 3 hərbçi isə yaralanıb.
Silahlıların axtarışına döyüş helikopterləri cəlb olunub.