Türkiyədə növbəti terror aktı törədilib: 6 şəhid, 6 yaralı var - YENİLƏNİB-2

Türkiyədə növbəti terror aktı törədilib: 6 şəhid, 6 yaralı var - YENİLƏNİB-2 Hadisə yola döşənmiş əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində baş verib
Region
130
18 Avqust , 2016 17:02
Türkiyədə növbəti terror aktı törədilib: 6 şəhid, 6 yaralı var - YENİLƏNİB-2

15:17, 16:17

Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyənin Bitlis əyalətinin Hizan rayonunda hərbçilərin avtomobilinə hücum olub. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, hadisə hərbçilərin PKK terrorçularının zərərsizləşdirilməsi üçün əməliyyatlardan qayıtdığı sırada yola döşənmiş əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində baş verib.

Nəticədə 5 hərbçi şəhid olub, 5-i yaralanıb.

Məlumatda həmçinin bildirilib ki, Hizan rayonunun Nazar kəndində PKK terrorçularının zərərsizləşdirilməsi üçün keçirilən əməliyyatlar zamanı 1 kənd qoruyucusu şəhid olub, 1 hərbçi yaralanıb. 

Yaralılar Bitlis Dövlət Xəstəxanasına yerləşdiriliblər. 

Son xəbərlər

Orphus sistemi