Türkiyədə neft emalı zavodu yanır

Türkiyədə neft emalı zavodu yanır Yanğına avadanlıqlarda meydana gələn nasazlığın səbəb olduğu bldirilir
Region
3 Fevral , 2016 18:53
Türkiyədə neft emalı zavodu yanır

Bakı. 3 fevral. REPORT.AZ/ Türkiyənin Kocaeli şəhərinin Körfəz qəsəbəsində yerləşən "Tüpraş İzmit neft emalı zavodu"nda yanğın baş verib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın 17:15-də meydana gəlib və hazırda davam edir.

Yanğına avadanlıqlarda meydana gələn nasazlığın səbəb olduğu bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əraziyə çoxlu sayda yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

Qeyd edək ki, "Tüpraş" (Türkiye Petrol Rafinerileri A.Ş.şirkətinin Kocaeli, Kırıkkale, Əliağa və Batmanda neft emalı zavodları mövcuddur.

Son xəbərlər

Orphus sistemi