Türkiyə vətəndaşlarını qətlə yetirən terrorçu və daha 5 silahlı məhv edilib

Türkiyə vətəndaşlarını qətlə yetirən terrorçu və daha 5 silahlı məhv edilib Türkiyənin Hərbi Qüvvələri Suriyanın şimalında 6 terrorçunu zərərsizləşdirib.
Region
9 Avqust , 2021 00:39
Türkiyə vətəndaşlarını qətlə yetirən terrorçu və daha 5 silahlı məhv edilib

Türkiyənin Hərbi Qüvvələri Suriyanın şimalında 6 terrorçunu zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bununla bağlı əməliyyat Tal-Rıfatın şərqində Zaviyan və Şaalada, Tal-Cidcan və Tal-Unayb yaşayış məntəqələrində keçirilib.

Qeyd edilir ki, məhv edilmiş terrorçulardan birinin avqustun 5-də iki nəfərin həlak olması ilə nəticələnən hücumda iştirak etdiyi müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi