​Türkiyədə mühacirləri aparan qayığın batması nəticəsində 4 nəfər ölüb

​Türkiyədə mühacirləri aparan qayığın batması nəticəsində 4 nəfər ölüb Əmir Çiçək:"Qayıqdakı mühacirlərin sayı hələlik bilinmir"
Region
6 Aprel , 2015 15:22
​Türkiyədə mühacirləri aparan qayığın batması nəticəsində 4 nəfər ölüb

Bakı. 6 aprel. REPORT.AZ/ Türkiyənin Muğla bölgəsində, Darça körfəzində Yunanıstana qanunsuz yolla keçmək istəyən qaçaqları aparan qayığın batması nəticəsində 4 nəfər ölüb, 9 nəfər isə xilas edilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Muğla valisi Əmir Çiçək bildirib.

Onun sözlərinə görə, qayıqdakı mühacirlərin dəqiq sayı hələlik bilinmir.

Məlumatda bildirilib ki, hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Son xəbərlər

Orphus sistemi