Türkiyədə Mübariz İbrahimovun adını daşıyan məktəbə dərsliklər paylanılıb - FOTO

Türkiyədə Mübariz İbrahimovun adını daşıyan məktəbə dərsliklər paylanılıb - FOTO Türkiyənin İstanbul şəhərində yeni fəaliyyətə başlamış, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan ümumtəhsil məktəbinə dərsliklər paylanılıb.
Region
23 Sentyabr , 2019 22:16
Türkiyədə Mübariz İbrahimovun adını daşıyan məktəbə dərsliklər paylanılıb - FOTO
Foto: "Report"

Türkiyənin İstanbul şəhərində yeni fəaliyyətə başlamış, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan ümumtəhsil məktəbinə dərsliklər paylanılıb.

"Report"unTürkiyə bürosu xəbər verir ki, azərbaycanlı ailələrin İstanbulda təhsil alan 6-12 yaşlı uşaqlarının təhsil aldığı məktəbi ziyarət edən Diasporla İş Üzrə Dövlət Komitəsinin nümayəndələri şagirdlərə 500-ə yaxın dərslik və dərs vəsaitləri veriblər.

Komitə əməkdaşları vəsaitlərin digər qisminin də yaxın günlərdə gətiriləcəyini bildiriblər.

Qeyd edək ki, komitə tərəfindən təsis olunan xüsusi komissiya tərəfindən şagirdlərin siyahısı hazırlanıb və onların sənədlərinin qeydiyyatı məsələsi yaxın günlərdə həllini tapacaq.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi