Türkiyədə mətbəxdə istifadə olunan qaz balonlarının xüsusi qeydiyyatı aparılacaq

Türkiyədə mətbəxdə istifadə olunan qaz balonlarının xüsusi qeydiyyatı aparılacaq Buna səbəb həmin balonların terrorçular tərəfindən partlayıcı qurğuların hazırlanmasında istifadə edilməsidir
Region
10 İyun , 2016 15:03
Türkiyədə mətbəxdə istifadə olunan qaz balonlarının xüsusi qeydiyyatı aparılacaq

Bakı. 10 iyun. REPORT.AZ/ Türkiyədə mətbəxdə istifadə olunan kiçik qaz balonlarının alqı-satqısı nəzarətə götürülüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin baş naziri Binəli Yıldırım təlimat verib.

Buna səbəb həmin balonların terrorçular tərəfindən partlayıcı qurğuların hazırlanmasında istifadə edilməsidir.

Təlimata əsasən, həmin qaz balonlarının mağazalara paylanmasından tutmuş alqı-satqısınadək bütün proses nəzarət altında saxlanacaq. Bu məqsədlə qaz balonlarının üzərinə seriya nömrəsi və kod yazılması, doldurulmasından tutmuş yekun istehlaka qədər bütün prosesin internetdən izlənilməsi, həmin avadanlığı satın almış son istehlakçının şəxsiyyəti haqqında məlumatların əldə edilməsi kimi tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, B.Yıldırımın rəhbərliyi altında iyunun 8-9-da terrorizmlə mübarizə məqsədilə bütün qurumların iştirakı ilə iclas keçirilib. Toplantıda terrorçuların partlayıcı qurğuların hazırlanmasında istifadə etdikləri materialların ciddi müşahidə və nəzarət altında olması haqqında qərar qəbul edilib. Bundan əvvəl iyunun 8-dən etibarən “nitrat” tərkibli gübrələrin satışı dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi