Türkiyədə məscidlərdə namaz qılınması qadağan olundu

Türkiyədə məscidlərdə namaz qılınması qadağan olundu Türkiyədə məscidlərdə camaat namazına müvəqqəti olaraq fasilə verilib.
Region
288
16 Mart , 2020 17:03
Türkiyədə məscidlərdə namaz qılınması qadağan olundu
haberturk
0 : 00
0 : 00

Türkiyədə məscidlərdə camaat namazına müvəqqəti olaraq fasilə verilib.

“Report” “Haber7”yə istinadən bildirir ki, bunu Türkiyə Dəyanət İşləri İdarəsinin sədri Əli Erbaş bildirib.

O deyib ki, ölkədə koronavirusa yoluxanların sayının artmasına görə insanların məscidlərdə bir araya gəlməsi infeksiyanın yayılması riskini artıra bilər: “Bu səbəbdən namazın evdə qılınması məsləhət görülür. Cümə namazı başda olmaqla məscidlərdə namaz qılınmasına ara verilir. Cümə namazı yerinə günorta namazının qılınması yetərlidir”.

Son xəbərlər

Orphus sistemi