Türkiyədə məhkəmə Karlos Qonun işi üzrə 5 nəfərin həbsi barədə qərar çıxarıb

Türkiyədə məhkəmə Karlos Qonun işi üzrə 5 nəfərin həbsi barədə qərar çıxarıb Türkiyədə məhkəmə Yaponiyada ev dustağı olmuş “Renault-Nissan- Mitsubishi” avtomobil konsernini keçmiş rəhbəri Karlos Qonun qaçışı işi üzrə saxlanılan 5 nəfərin həbs olunması barədə qərar qəbul edib
Region
4 Yanvar , 2020 01:39
Türkiyədə məhkəmə Karlos Qonun işi üzrə 5 nəfərin həbsi barədə qərar çıxarıb

Türkiyədə məhkəmə Yaponiyada ev dustağı olmuş “Renault-Nissan- Mitsubishi” avtomobil konsernini keçmiş rəhbəri Karlos Qonun qaçışı işi üzrə saxlanılan 5 nəfərin həbs olunması barədə qərar qəbul edib

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, Karlos Qon İstanbul aeroportu vasitəsilə Livana qaçıb.

Yanvarın 2-də “Yeni Şafak” qəzeti bu işlə bağlı Türkiyə Dаxili İşlər Nаzirliyi tərəfindən araşdırmanın başlaması barədə bildirib. Xəbərdə bildirilib ki, iş üzrə azı 7 nəfər saxlanılıb.

Fransa, Braziliya və Livanın vətəndaşlığına malik olan Qon 19 noyabr 2018-ci ildə Tokio Prokurorluğu tərəfindən həbs olunub. İstintaq məlumatına görə, o, 2010-cu ildən 2018-ci ilə qədər “Nissan”ın Direktorlar Şurasının sədri kimi 9 milyard ienlik (80 milyon dollardan çox) mükafatın məbləğini açıqlamayıb. Ona qarşı həmçinin başqa ittihamlar da irəli sürülüb.

Qon ötən ilin aprelində həbsxanadan azad edilib. Onun məhkumluğu girov müqabilində ev dustaqlığı ilə əvəz olunub.

Son xəbərlər

Orphus sistemi