Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Region
15 Avqust , 2020 07:13
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Fahrettin Koca

Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin məlumatına görə, ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 min 934 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, ölkədə 1 226 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 246 861 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 923 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 228 980 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi