Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb Bu gün Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb.
Region
1242
27 İyun , 2020 21:30

Bu gün Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 082 nəfəri ötüb.

Son sutkada Türkiyədə COVID-19-a 1 372 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 195 833 nəfərə çatıb.

Nazirin sözlərinə görə, son bir gündə 1 984 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə təhlükəli infeksiyadan sağalanların sayı 169 182 nəfərə yüksəlib.

Son sutkada COVID-19-la bağlı 45 213 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 3 231 835-dir.

Son xəbərlər

Orphus sistemi