Türkiyədə koronavirusdan ölənlərin sayı 5 mini ötdü

Türkiyədə koronavirusdan ölənlərin sayı 5 mini ötdü Son bir gündə Türkiyədə koronavirusa daha 1 492 yoluxma qeydə alınıb.
Region
322
24 İyun , 2020 21:05
Türkiyədə koronavirusdan ölənlərin sayı 5 mini ötdü
Fahrettin Koca / Fahrettin Koca

Son bir gündə Türkiyədə koronavirusa daha 1 492 yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 191 657 nəfərə çatıb.

Son sutkada qonşu ölkədə 24 nəfər koronavirusdan ölüb. Beləliklə, COVID-19 xəstələrinin sayı 5 025 nəfərə yüksəlib.

Bununla yanaşı, son sutkada 1 386 nəfər koronavirusdan sağalıb. 

Hazırda Türkiyədə COVID-19-dan sağalanların sayı 164 234 nəfərdir. 

Nazir bildirib ki, bu gün Türkiyədə koronavirusla bağlı 53 486 test aparılıb. Pandemiya ərzində təhlükəli infeksiya ilə bağlı aparılan teslərin ümumi sayı 3 083 121-dir. 

Son xəbərlər

Orphus sistemi