Türkiyədə koronavirusa yoluxanların sayı 217,8 minə çatıb

Türkiyədə koronavirusa yoluxanların sayı 217,8 minə çatıb Bu gün Türkiyədə koronavirusdan 18 nəfər vəfat edib.
Region
17 İyul , 2020 21:46
Türkiyədə koronavirusa yoluxanların sayı 217,8 minə çatıb

Bu gün Türkiyədə koronavirusdan 18 nəfər vəfat edib.

“Report”un məlumatına görə, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin sayı 5 458 nəfərə çatıb.

Nazirin sözlərinə görə, son sutkada ölkədə COVID-19-a 926 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının ümumi sayı 217 799 nəfərə yüksəlib.

Son gün ərzində 1 014 pasiyent sağalaraq evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 199 834 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi