Türkiyədə koronavirusa yoluxanların yarıdan çoxu sağalıb, 3 520 nəfəri ölüb

Türkiyədə koronavirusa yoluxanların yarıdan çoxu sağalıb, 3 520 nəfəri ölüb Türkiyədə son sutkada daha 59 nəfər pandemiyanın qurbanı olub”.
Region
5 May , 2020 20:08
Türkiyədə koronavirusa yoluxanların yarıdan çoxu sağalıb, 3 520 nəfəri ölüb

"Türkiyədə son sutkada daha 59 nəfər pandemiyanın qurbanı olub”.

“Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 520 nəfərə çatıb.

Nazir həmçinin daha 1 832 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 129 491-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 73 285 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi