Türkiyədə koronavirusdan ölənlərin sayı 3 000-i ötdü - STATİSTİKA

Türkiyədə koronavirusdan ölənlərin sayı 3 000-i ötdü - STATİSTİKA Türkiyədə son sutkada daha 89 nəfər pandemiyanın qurbanı olub”.
Region
29 Aprel , 2020 20:03
Türkiyədə koronavirusdan ölənlərin sayı 3 000-i ötdü - STATİSTİKA
0 : 00
0 : 00

"Türkiyədə son sutkada daha 89 nəfər pandemiyanın qurbanı olub”.

“Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 081 nəfərə çatıb.

Nazir həmçinin daha 2 936 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 117 589-a yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 44 022 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi