Türkiyədə koronavirusdan ölənlərin sayı 2 900-ə çatdı

Türkiyədə koronavirusdan ölənlərin sayı 2 900-ə çatdı Türkiyədə son sutkada daha 95 nəfər pandemiyanın qurbanı olub”.
Region
27 Aprel , 2020 21:15
Türkiyədə koronavirusdan ölənlərin sayı 2 900-ə çatdı

"Türkiyədə son sutkada daha 95 nəfər pandemiyanın qurbanı olub”.

“Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 900 nəfərə çatıb.

Nazir həmçinin daha 2 131 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 112 261-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 33 791 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi