Türkiyədə koronavirusa yoluxanların sayı İranı ötdü

Türkiyədə koronavirusa yoluxanların sayı İranı ötdü Türkiyədə daha 121 nəfər pandemiyanın qurbanı olub.
Region
1740
18 Aprel , 2020 21:06
Türkiyədə koronavirusa yoluxanların sayı İranı ötdü

"Türkiyədə daha 121 nəfər pandemiyanın qurbanı olub".

“Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 890 nəfərə çatıb.

"Bu gün 40 520 test aparılıb, 3 783 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 82 329 nəfərdir. Bu gün daha 1 822 pasiyent sağaldı, sağalanların ümumi sayı 10 453 nəfərdir", - nazir qeyd edib.

Beləliklə, Türkiyə qeydə alınmış yoluxma sayına görə İranı ötüb

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 292 000-i ötüb. Bunların 587 666 nəfəri sağalıb, 157 669 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi