Türkiyədə daha bir nəfərdə koronavirus aşkarlandı

Türkiyədə daha bir nəfərdə koronavirus aşkarlandı Türkiyədə daha bir nəfərdə koronavirus aşkarlanıb.
Region
969
13 Mart , 2020 09:41
Türkiyədə daha bir nəfərdə koronavirus aşkarlandı
google.az

Türkiyədə daha bir nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib. 

“Dünən axşam nəticələri məlum olan test bizi kədərləndirdi. Daha bir koronavirus xəstəmiz var”, - nazir “Twitter”də bildirib.

Beləliklə, Türkiyədə koronavirus daşıyıcılarının sayı 2-yə çatıb.

Qeyd edək ki, Türkiyədə koronavirusa ilk yoluxma faktı martın 11-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 127 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134 788-ə çatıb. Bunların 70 394 nəfəri sağalıb, 4 984 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi