Türkiyədə koronavirusa yoluxanların sayı 205 mini ötdü

Türkiyədə koronavirusa yoluxanların sayı 205 mini ötdü Bu gün Türkiyədə koronavirusa 1&148 yoluxma qeydə alınıb.
Region
477
5 İyul , 2020 20:47
Türkiyədə koronavirusa yoluxanların sayı 205 mini ötdü

Bu gün Türkiyədə koronavirusa 1 148 yoluxma qeydə alınıb.

“Report”un məlumatına görə, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 205 758 nəfərə çatıb.

Nazir qeyd edib ki, bu gün koronavirusdan daha 19 nəfər ölüb. Beləliklə, Türkiyədə COVID-19-dan ölənlərin ümumi sayı 5 225 nəfərə yüksəlib.

Qonşu ölkədə son sutka ərzində 1 188 pasiyent sağalıb. Bununla da Türkiyədə koronavirusdan sağalanların sayı 180 680 nəfərə çatıb.