Türkiyədə koronavirusa yoluxanların sayı 120 mini ötdü - STATİSTİKA

Türkiyədə koronavirusa yoluxanların sayı 120 mini ötdü - STATİSTİKA Türkiyədə son sutkada daha 93 nəfər pandemiyanın qurbanı olub”.
Region
545
30 Aprel , 2020 20:07
Türkiyədə koronavirusa yoluxanların sayı 120 mini ötdü - STATİSTİKA

"Türkiyədə son sutkada daha 93 nəfər pandemiyanın qurbanı olub”.

“Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 174 nəfərə çatıb.

Nazir həmçinin daha 2 615 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 120 204-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 48 886 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi