Türkiyədə koronavirus xəstələrinin sayı 188,9 minə çatır

Türkiyədə koronavirus xəstələrinin sayı 188,9 minə çatır Son bir gündə Türkiyədə koronavirusa daha 1 212 yoluxma qeydə alınıb.
Region
22 İyun , 2020 21:38
Türkiyədə koronavirus xəstələrinin sayı 188,9 minə çatır

Son bir gündə Türkiyədə koronavirusa daha 1 212 yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 188 897 nəfərə çatıb. 

Son sutkada qonşu ölkədə 24 nəfər koronavirusdan ölüb. Beləliklə, COVID-19 xəstələrinin sayı 4 974 nəfərə yüksəlib. 

Bununla yanaşı, son sutkada 1 293 nəfər koronavirusdan sağalıb. Hazırda Türkiyədə COVID-19-dan sağalanların sayı 161 533 nəfərdir. Nazir bildirib ki, bu gün Türkiyədə koronavirusla bağlı 41 413 test aparılıb. Pandemiya ərzində təhlükəli infeksiya ilə bağlı aparılan teslərin ümumi sayı 2 986 653-dür. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9 milyonu ötüb. Bunların 4,8 milyondan çoxu sağalıb, 471 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi