Türkiyədə kəskin hava şəraiti ağır yol qəzalarına səbəb olub, ölənlər və yaralananlar var

Türkiyədə kəskin hava şəraiti ağır yol qəzalarına səbəb olub, ölənlər və yaralananlar var Türkiyədə kəskin hava şəraiti ağır yol qəzalarına səbəb olub.
Region
24 Yanvar , 2022 02:53
Türkiyədə kəskin hava şəraiti ağır yol qəzalarına səbəb olub, ölənlər və yaralananlar var

Türkiyədə kəskin hava şəraiti ağır yol qəzalarına səbəb olub.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, İstanbul, Tokat və Amasyada sərnişin avtobuslarının qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub, daha 48 nəfər xəsarət alıb. Ölənlər arasında azyaşlı da var.

Qəzaların baş verdiyi ərazilərə təcili tibbi yardım, xilasedicilər cəlb edilib. Yaralılar xəstəxanalara yerləşdirilib.

Qeyd edilir ki, qəzalara səbəb sürücülərin əlverişsiz hava şəraitində nəqliyyat vasitələrinə idarəetməni itirmələridir.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Düzce, Sakarya və Boluda yolda olan vətəndaşlarımıza sığınacaq, qidalanma və s. ehtiyaclarının ödənildiyini bildirib. Bir sıra ərazilərdə yolların qarlardan təmizlənilməsinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi