​Türkiyədə keçirilən rəy sorğusunun nəticələrinə görə AKP-yə səs verənlərin sayı çoxalıb

​Türkiyədə keçirilən rəy sorğusunun nəticələrinə görə AKP-yə səs verənlərin sayı çoxalıb Sorğu oktyabrın 12-16-da 4 472 nəfər arasında telefon vasitəsilə keçirilib
Region
19 Oktyabr , 2015 20:07
​Türkiyədə keçirilən rəy sorğusunun nəticələrinə görə AKP-yə səs verənlərin sayı çoxalıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Ədalət və İnkişaf Partiyası (AKP) 43,1 faiz, Cümhuriyyət Xalq Partiyası (CHP) 26,2 faiz, Milliyyətçi Hərəkat Partiyası (MHP) 15,1 faiz, Xalqların Demokratik Partiyası (HDP) 12,6 faiz və başqaları 3 faiz səs toplayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu, "ARGETUS" sosioloji araşdırma mərkəzinin keçirdiyi rəy sorğusunun nəticəsidir.

Məlumata görə, mərkəzin keçirdiyi rəy sorğusunda respondentlər "Noyabrın 1-də səsinizi hansı partiyaya verməyi düşünürsüz" sualını cavablandırıblar.

Rəy sorğusu oktyabrın 12-16-da ölkənin 12 bölgəsində, 34 əyalətində, 104 rayonunda, 251 məhəlləsində 4 472 nəfər arasında telefon vasitəsilə keçirilib.

Qeyd edək ki, bu il iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkidə AKP 40,61 faiz, CHP 24,68 faiz, MHP 14,22 faiz, HDP 11,87 faiz, başqaları 2,82 faiz, qərarsızlar isə 5,8 faiz səs toplayıb.

Xatırladaq ki, bu il noyabrın 1-də növbədənkənar seçkilər keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi