Türkiyədə işləməsinə icazə verilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Türkiyədə işləməsinə icazə verilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb Ötən il 87190 əcnəbiyə Türkiyədə işləmək üçün icazə verilib
Region
16 Fevral , 2018 15:40
Türkiyədə işləməsinə icazə verilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bakı. 16 fevral. REPORT.AZ/ Hazırda Türkiyədə 2449 Azərbaycan vətəndaşı işləyir.

“Report” İHA-ya istinadən xəbər verir ki, bunu Əmək və Sosial Təhlükəsizlik Nazirliyindən bildiriblər.

Məlumata görə, 2017-ci ildə 87190 əcnəbiyə Türkiyədə işləmək üçün icazə verilib. Onların 20970-i suriyalıdır. İkinci yerdə Gürcüstandır. Bu ölkənin 7317, Qırğız Respublikasının 6360, Ukraynanın 5761, Çinin 4288, Türkmənistanın 3847, Hindistanın 3055, Özbəkistanın 2465, Rusiyanın 2290 vətəndaşına Türkiyədə işləmək üçün rəsmi icazə verilib. Bundan başqa, icazə verilənlər arasında ABŞ-ın 983, Britaniyanın 965, Almaniyanın 960, İtaliyanın 649 və Fransanın 543 vətəndaşı var.

Ötən il Türkiyədə işləmək üçün 100 min əcnəbi müraciət edib. Onların 87190 nəfərinə icazə verilib. 13000 sənəd müxtəlif səbəblərdən geri qaytarılıb, 3631 nəfərin müraciəti isə rədd edilib.

Nazirlikdən bildirilib ki, işləmək üçün rəsmi icazə verilənlərin sayı hər il artmaqdadır. 2016-cı ildə onların sayı 73584 nəfər olub. 

Son xəbərlər

Orphus sistemi